Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Ulu Öndər Heydər Əliyev Müstəqil Dövlətçiliyimizin Banisi və Memarıdır

0

  •         Ümummilli Lider Heydər Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində fəhlə ailəsində anadan olmuşdur. 1941-ci ildən Naxçıvan MSSR Xalq Daxili İşlər və Xalq Komissarları Sovetində şöbə müdiri, 1944-cü ildən Dövlət Təhlükəsizlik Komitəsində işləməyə başlamışdır. 1964-cü ildə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsi sədrinin müavini, 1967-ci ildə isə sədri təyin edilmişdir. Heydər Əliyev özünün bacarığı və ağıllı siyasəti ilə mərkəzin diqqətini cəlb etdi. O, ölkədə böyük nüfuz qazandı.1976-cı ildə Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd seçildi. Bu vəzifənin verdiyi imkanlardan Azərbaycanın inkişafı naminə səmərəli istifadə etdi. Heydər Əliyevin 1969-1982-ci illərdə Respublikaya birinci rəhbərliyi dövründə 250-dən çox zavod, fabrik, istehsal sexləri istifadəyə verildi. 630 min nəfərlik yeni iş yerləri açıldı. Heydər Əliyev 1975-ci ildə Bakıda Məişət Kondisionerləri zavodunun tikilməsinə nail oldu. Bakı,Sumqayıt, Gəncə kimi şəhərlər böyüdü.Həmin illərdə Nizaminin, Əcəminin, Nəsiminin, Tusinin, Vaqifin, Aşıq Ələsgərin, Üzeyir Hacıbəyovun, Müslüm Maqomayevin, Hüseyn Cavidin nəşinin qalıqlarının İrkutsk vilayətindən gətirilib doğma vətənində Naxçıvanda dəfn edilməsi xalqın mənəvi dəyərlərinə göstərilən qayğının təzahürü idi. Heydər Əliyevin hakimiyyəti dövründə erməni seperatçıları açıq çıxışlardan çəkinirdilər. Partiya təşkilatçılığı, dövlət idarəçiliyi sahəsində böyük qabiliyyəti sahəsində Heydər Əliyev 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosuna üzv seçildi. SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini təyin edildi və bu imkanlardan da Azərbaycanın inkişafı naminə istifadə etdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan öz dövlət müstəqilliyini əldə etsə də 1993-cü ilin əvvəllərində dövlət müstəqilliyimiz təhlükə qarşısında qaldı. Ölkədə vətəndaş müharibəsi təhlükəsi yarandı. Belə bir vəziyyətdə xalq yeganə ümidini Ulu Öndər Heydər Əliyevə bağladı. Xalqın təkidli tələb ilə Naxçıvandan Bakıya gələn Heydər Əliyev Azərbaycanı qardaş qırğınından qurtarmaq üçün düşünülmüş siyasi manevr edərək hərbi müxalifəti zərərsizləşdirməyə nail oldu. Buna görə də 1993-cü il 15 iyun tariximizə Milli Qurtuluş günü kimi daxil oldu. 1993-cü il oktyabrın 3-də Azərbaycan xalqı Heydər Əliyevi alternativ əsasla səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçdi. Bundan sonra dövlət müstəqilliyimizin möhkəmlənməsi yolunda çox böyük işlər görmüş oldu. Uğurlu xarici siyasət nəticəsində 1994-cü il mayın 12-də atəşkəsin əldə olunması, 1994-cü il sentyabrın 20-də Əsrin Müqaviləsinin imzalanması, 1995-ci il noyabrın 12-də milli Konstitusiyamızın qəbul olunması, 1996-cı ilin dekabrında Dissabon sammitində 54 ölkədən 53-nün Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi, 1998-ci ilin fevralında ölüm hökmünün ləğv edilməsi, 1999-cu ilin noyabrında Bakı-Ceyhan əsas ixrac neft kəməri haqqında sazişin imzalanması, 2001-ci ildə Dünya Azərbaycanlılarının I qurultayının keçirilməsi, 2001-ci il yanvarın 25-də Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi və s. tədbirlər Ulu Öndər Heydər Əliyev tərəfindən uğurla həyata keçirilmişdir. Əsası Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu işi ölkə prezidenti cənab İlham Əliyevin hakimiyyəti dövründə daha da təkmilləşdirildi. Bu isə öz növbəsində 2020-ci il 27 sentyabr tarixindən başlanan 44 gün davam edən Vətən Müharibəsində 30 il ərzində işğal altında qalan torpaqlarımızın azad olunması ilə nəticələndi. Ölkəmizin ərazi bütövlüyü təmin olundu. Ulu Öndər Heydər Əliyev söyləmişdir: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam”. Bəli bizdə fəxr edirik ki, müstəqil dövlətçilik tariximizdə Ulu Öndər Heydər Əliyev kimi tarixi şəxsiyyət olub. Ulu Öndər Heydər Əliyev hər bir azərbaycanlının qəlbində əbədiləşən memardır. Akif Rüstəmov,Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib47 dəfə
    Ulu Öndər Heydər Əliyev Müstəqil Dövlətçiliyimizin Banisi Memarıdır

    Maraqlı gələ bilər
    127
    0